Vaxtanq Kikabidzenin ölüm səbəbi açıqlanıb

Məşhur gürcü aktyoru Vaxtanq Kikabidzenin prodüseri Rati Abzianizdze onun ölüm səbəbini açıqlayıb.

Azpost.info bildirir ki, prodüser Kikabidzenin sağlamlıqla bağlı problemləri olub.

“Onun uzun illərdir ki, sağlamlığı ilə bağlı problemləri var idi. Bu da öz təsirini göstərdi”-deyə Abzianidze jurnalistlərə deyib.

Son aylarda aktyor yalnız iynələrin köməyi ilə həyatda qalıb. Kikabidzenin daxili orqanları sıradan çıxıbmış. Həkimlər  müxtəlif perepartlarla onun yaşamını təmin ediblər.

Prodüser aktyorun bir neçə həftə müalicə aldığı klinikaya və həkimlərə təşəkkür edib. “Onlar əllərindən gələni elədilər”. 

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.