Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Vəkillər Kollegiyasının saxta saytı yaradılıb –

User 03 Aprel 2025 - 11:55 (Last updated: 21 May 2025 - 20:15)
Azərbaycanda vəkillərin

Azərbaycanda vəkillərin

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəsmi internet resursuna oxşar saxta sayt yaradılıb. 

AzPost bildirir ki, bu barədə VK-dən məlumat verilib.

Qeyri-qanuni yolla maddi vəsait əldə etmək istəyən şəxs və ya şəxslər ARVK-nın rəsmi saytına oxşar – https://vakil-az.com/ saytı vasitəsilə insanlara qarşı fişinq hücumları həyata keçirirlər.

Məqsəd vəkil və vətəndaşları çaşdırmaq, onların məlumatlarını ələ keçirmək və potensial olaraq qanunsuz fəaliyyətlər göstərməkdir.

Həmin saytda ARVK-nın rəsmi saytında olduğu kimi, Kollegiya üzvləri ilə bağlı məlumatlar, əlaqə nömrələri yerləşdirilib, vəkillərin reyestrləri qeyd edilib.

Eyni zamanda həmin şəxs və şəxslər bir qrup vəkilə yerli və xarici ölkələrin mobil nömrə qeydiyyatında olan “WhatsApp” vasitəsi ilə mesajlar yazaraq, guya nömrələri “vakil-az.com” saytından əldə etdiklərini və hüquqi yardıma ehtiyaclarının olduqlarını bildiriblər. Yazışmalar zamanı göndərilən mesajların saxta olduğu və müraciətlərin fişinq hücumu məqsədi daşıdığı məlum olub.

Vətəndaşlardan xahiş olunur ki, bu cür şübhəli internet resurslarına güvənməsin və kibertəhlükəsizlik qaydalarına riayət etsinlər. Saytın ünvanını diqqətlə yoxlamaq və yalnız rəsmi səhifəyə daxil olmaq lazımdır. Eyni zamanda şübhəli saytlara və mesajlara şəxsiyyət vəsiqəsi məlumatlarını, bank kartlarını və ya digər şəxsi informasiyanı daxil etmək olmaz.

Bu kimi hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına və Vəkillər Kollegiyasına məlumat verilməsi tövsiyə olunur.

ARVK məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verib, hazırda araşdırma aparılır və vətəndaşların hüquqlarının qorunması üçün lazımi tədbirlər görülür.

Post navigation

Previous: Bahalı maşınla “Hökumət məmurlarına” konsert verən sürücü
Next: “Suriyadan 74 Azərbaycan vətəndaşı qaytarılıb, 57-si uşaqdır” –

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.