Venesuela iki ölkə arasında münasibətləri bərpa etmək üçün ABŞ-la birbaşa danışıqlara başlayacaq.
Azpost.info xəbər verir ki, bu barədə prezident Nikolas Maduro bildirib.
“Mən ABŞ hökumətinin birbaşa dialoqu bərpa etmək təklifini qəbul etdim”, – o deyib.
Prezident qeyd edib ki, iyulun 3-də başlayacaq danışıqlarda Milli Assambleyanın sədri Xorxe Rodriges Qomez və Hektor Rodriqes Kastro iştirak edəcək.
“Biz yeni sazişlərin bağlanması və əvvəllər bağlanmış sazişlərin həyata keçirilməsinə nail olmaq üçün danışıqlar aparacağıq”, – Maduro bildirib.
Venesuela hökuməti 2019-cu il yanvarın 23-də – ABŞ administrasiyası Xuan Quaydonu respublikanın müvəqqəti prezidenti kimi tanıdıqdan sonra Vaşinqtonla diplomatik əlaqələri kəsib. ABŞ və müttəfiqləri birtərəfli qaydada Venesuelaya qarşı 930-dan çox məhdudlaşdırıcı tədbir tətbiq edib.
Azpost.info