Vergi və gömrük xətti ilə proqnozdan əlavə 1,5 mlrd. manat vəsait yığılıb- Prezident

Dövlət büdcəsinə vergi xidməti və gömrük sektoru xətti ilə bu ilin üç ayı ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb.

Bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün, hesab edirəm ki, büdcə dürüstləşməsi aparılmalıdır” – deyə dövlət başçısı qeyd edib.

O, büdcəyə əlavələrin ən azı 3 milyard manat səviyyəsində olacağı vurğulayıb.

Əvvəlki məqalə

Zelenski cəbhə xəttinə gedib –

Sonrakı məqalə

İsrail xarici işlər naziri Azərbaycana gəlib