Vergilər Nazirliyi dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edib

Bu ilin yanvar-noyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edilib.

APA-Economics”in məlumatına görə, bu barədə Vergilər Nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, bu il 103 mindən çox vergi ödəyicisi qeydiyyata alınıb. Ümumilikdə, vergi ödəyicilərinin sayı 1,055 mln. nəfər təşkil edib.

Onun sözlərinə görə, son 4 ayda kənd təsərrüfatı sahəsində uçota alınma ilə bağlı xeyli irəliləyiş olub: “Bu müddətdə 75 minə yaxın vergi uçotunun qeydiyyata alınması öz həllini tapıb. Bu da nəticə etibarilə vergi daxilolmalarının artmasına öz təsirini göstərəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Deputat İqbal Məmmədovun namizədliyi irəli sürülüb –

Sonrakı məqalə

Bakı Metropoliteni növbəti 3 ildə 60 yeni vaqon alacaq