VIII Bakı Qlobal Forumu iştirakçılarının Şuşaya səfəri təşkil olunub

07 Noyabr 2021 - 11:49

VIII Bakı Qlobal Forumunda iştirak edən bir qrup nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.
Bakının Heydər Əliyev Aeroportundan Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gedən nümayəndə heyəti oradan avtobuslarla Şuşaya yola düşüb.
Səfər çərçivəsində qonaqlar Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri ziyarət edəcək, tarixi, mədəni və dini abidələrə baxış keçirəcək, Şuşada aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.