Vilyam Hacıyev məhkəmə qarşısına çıxarılıb

06 May 2020 - 18:45

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

Hazırda Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin V. Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat nəticəsində Vilyam Hacıyev saxlanılıb. 

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Vilyam Hacıyev İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.