Visa və Mastercard ruslara bank kartları verən Azərbaycan şirkətini bloklayıb

Visa və Stripe qlobal ödəniş sistemləri Azərbaycan startapı olan Bankoff kartlarına xidmət göstərməyi dayandırıb.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib.
Onun sözlərinə görə, Bankoff-un öz resurslarının da bloklandığı bildirilir. Problemlə bağlı Bankoff özü də müştərilərinə məlumat verib.
“Bir neçə gün öncə Azərbaycandan olan bu startapın sanksiyadan yayınmaq üçün rusiyalılara kömək etdiyi haqqında yazmışdım. Bankoff 2020-ci ildə fəaliyyətə başlayıb. İnternet üzərindən virtual kartlar təqdim edən bir servisdir. Rusiyaya sanksiyalar tətbiq ediləndə birdən-birə bu servisin müştərilərinin sayının 10 dəfə artdığı bildirilirdi. Qlobal yazışmaları izləyəndə proqnozlaşdırmaq olurdu ki, Bankoff bu qaydada, kütləvi olaraq ruslara kartlar verməkdə davam edərsə problem olacaq. Təəssüf ki, gözlənilən baş verdi”.
Ekspertin sözlərinə görə, rusiyalıların kütləvi şəkildə Bankoff dan kart almasını maraqlı tərəflər müşahidə edib və Visa və Stripe təsir edərək startapımıza qarşı sanksiya tətbiq etdiriblər.
“Təəssüf edirəm ki, ekosistemdən olan bəzi dostlarımız da qlobal trendləri zamanında dəyərləndirə bilmədilər və gözəl ideyası olan gəns startapçılarımıza da düzgün istiqamət götürməyə yetərincə səy göstərmədilər. Ümid edirəm Bankoff rəsmiləri tezliklə Visa və Stripe ilə özlərinin və müştərilərinin problemlərini həll edə biləcəklər”.
Xatırladaq ki, ötən ay Ukrayna  azərbaycanlı Elmir Əliyevin rəhbərlik etdiyi komandanın, onun Bankoff (bankoff.co) startapının rusiyalı vətəndaşlara sanksiyadan yayınmaq üçün kömək etməsi barədə mılumat yayıb. Orada iddia olunurdu ki, Elmir Əliyev və komandası kütləvi olaraq rusiyalılar üçün virtual bank kartları (“Visa”) hazırlayırlar.
Bu kartları əldə edən rusiyalılar ödəniş etməyə, pul köçürmələrinə, alqı-satqı etməyə imkan qazanır.
Əvvəlki məqalə

“Taliban” əfqan jurnalistlərinə söz azadlığı və pul vəd etdi –

Sonrakı məqalə

İrəvanda müxalifətin mitinqi başladı –