“Kremlin nəzarətində olan “VKontakte” sosial şəbəkəsi Rusiyadan mühacirətlə bağlı reklamları qadağan edib.
Azpost.info xəbər verir ki, xüsusilə, başqa ölkədə yaşamaq icazəsi almaq, xaricdə təhsil almaq və ya xaricə biznes qurmaqla bağlı elanların yerləşdirilməsi qadağandır.
Bu barədə sahibkarların köçürülməsi xidmətinin sahibi Aleksey Pospexov məlumat verib.
“VKontakte” ölkədən köçməklə bağlı hər hansı məsləhət xidmətlərinin reklamını da qadağan edir.
Sosial şəbəkəyə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Vladimir Kiriyenkonun oğlu rəhbərlik edir. “Baza” teleqram kanalına danışan mənbə rəhbərliyin həqiqətən də bu cür reklamlara qadağa qoyduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu cür elanların dərci hələ payızda, demək olar ki, səfərbərlik başlayandan dərhal sonra məhdudlaşdırılıb. İndi qadağa holdinqin bütün layihələrinə şamil edilib.
Azpost.info