Volodin Ukraynadakı müharibənin əsas günahkarını- AÇIQLADI

Rusiya Dumasının spikeri Vyaçeslav Volodin ABŞ prezidenti Co Baydenin Ukraynadakı münaqişənin alovlanmasında əsas günahkar olduğunu bildirib.

Azpost.info xəbər verir ki, onun fikrincə, Ağ Evin sahibi əməllərinə görə məsuliyyətdən yayınmaq üçün ikinci müddətə namizəd olmaq qərarına gəlib.

“Baydenin cinayətlərinin tam olmayan siyahısı: “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə terror hücumu təşkil etmək, dünyada hərbi bioloji laboratoriyalar yaratmaq, ailəsinin Ukraynadakı korrupsiya biznesi, Avropa iqtisadiyyatını məhv etmək, Ukrayna və Rusiyada dinc əhalinin soyqırımı və Ukraynada müharibənin alovlanması…”, – Volodin deyib.

O, əlavə edib ki, Bayden prezidentlik müddətinin sonunda cavabdehlik daşımaqdan qorxur. Bunun qarşısını almaq üçün o, hakimiyyətdə qalmalı olduğunu anlayıb: “Bu səbəbdən Ağ Evin sahibi yenidən prezidentlik uğrunda mübarizə aparmaq niyyətini açıqlayıb. Baxmayaraq ki, amerikalıların çoxu onu dövlət başçısı görmək istəmir”.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır

Sonrakı məqalə

Birinci siniflərə şagird qəbulu sistemi təkmilləşdirilib