Birinci siniflərə şagird qəbulu sistemi təkmilləşdirilib- Açıqlama

Ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul sistemi təkmilləşdirilib.

Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov “Təhsil masası”nda qonaq olarkən deyib.

O bildirib ki, artıq vətəndaş sistemdə qeydiyyatdan keçdiyi zaman onun məktəbyaşlı övladının məlumatları birbaşa olaraq sistemdə görünür:

“Əvvəlki illərdə vətəndaş qeydiyyatdan keçdiyi zaman övladlarının məlumatlarını bir-bir sistemə əlavə edirdi. Artıq digər qurumlarla əməkdaşlıq çərçivəsində bu məlumatlar sistemə avtomatik olaraq inteqrasiya edilir”.

Əvvəlki məqalə

Volodin Ukraynadakı müharibənin əsas günahkarını

Sonrakı məqalə

İnklüziv təhsillə bağlı diaqnostik qiymətləndirmə aparılır