Vüqar Qurbanov direktoru işdən çıxardı – Yeni təyinat

Vüqar Qurbanov
Vüqar Qurbanov
Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.
TƏBİB sədrinin digər əmrilə Həsənov Kamil Asif oğlu sözügedən vəzifəyə təyinat alıb.
Uşaq cərrahı Kamil Həsənov bundan əvvəl həmin xəstəxananın cərrahiyyə şöbəsinin müdiri olub.
Qeyd edək ki, işdən çıxarılan Canəli Nəbiyev 2022-ci ilin dekabr ayından 2024-cü ilin may ayınadək Xocavənd və həmin tarixdən 2025-ci ilin yanvar ayınadək Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. İxtisasca hərbi həkim olan C.Nəbiyev heç bir yerə təyinat alamayıb.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.