Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı

Vüqar Səfərli
Vüqar Səfərli
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov vaxtından əvvəl azadlığa buraxılıb.
AzPost-un Qafqazinfo-ya istinadən məlumatınaa görə, yerli məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.
Qərara əsasən, onun qalan 1 il 2 aylıq həbs cəzası şərti hesab edilib, cəzaçəkmə müəsisəsindən azadlığa budaxılıb.
Qeyd edək ki, Vüqar Səfərli və Nadir Məmmədov 2021-ci ilin yanvarında həbs edilib. Vəzifə cinayətlərində təqsirli bilinən V.Səfərli yekun olaraq 10 il 6 ay, N.Məmmədov 5 il 6 ay azadlıqdan məhrum edilib. Bu iş üzrə yalnız adları çəkilən şəxslər həbslə cəzalandırılıb, digərlərinə şərti cəza verilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.