“Vüqar Səfərlinin cinayət işi əlaqədar istintaq əməliyyat tədbirləri keçirilir” –Baş Prokurorluq

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti araşdırılır və istintaqın gedişatı barədə ictimaiyyətə məlumat veriləcək. 

Azpost.info bildirir ki, bu barədə oxu.az-a Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.

“Bu işlə əlaqədar olaraq intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir. İstintaq sirri olduğundan, hazırda məlumat verə bilmərik. İstintaqın gedişatından asılı olaraq, ictimaiyyətə mütəmadi məlumat veriləcək”, – deyə Baş prokurorluqdan bildirdilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir