Vətəndaşlar banklarda pullarını ən çox hansı valyutada saxlayır? –AÇIQLAMA

Fiziki şəxslərin əmanətlərinin 68,2 faizi (10,610.2 milyon manat) milli valyutada, 31,8 faizi (4,938.8 milyon manat) xarici valyutadadır.

Mərkəzi Bankın məlumatına görə, fiziki şəxslərin əmanət portfelinin 63,6 faizi (9,883.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 1,7 faiz və ya 163,4 milyon manat, tələbli əmanətləri isə 0,2 faiz və ya 8,6 milyon manat artıb.

2025-ci ilin oktyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2,7 faiz (4,812 əmanətçi), ilin əvvəlindən isə 23,6 faiz (35,450 əmanətçi) artıb.

Hüquqi şəxslərin tələbli depozitləri 15,236.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,3 faizini təşkil edib.

2025-ci ilin yanvar-oktyabr aylarında banklar 986,8 milyon manat xalis mənfəət, 1,529.7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Cari ilin 10 ayında banklar tərəfindən ümumilikdə 241,6 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.