“WhatsApp” qrupunda 512 nəfərlə danışmaq mümkün olacaq –Yenilik

“WhatsApp” messencerinin tərtibatçıları qrup çatında iştirakçıların maksimum sayını artırmağa hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə “WABetaInfo” portalının mütəxəssisləri məlum olub.

Portalın məlumatına görə, “WhatsApp”ın iOS üçün beta versiyasında qrup söhbətinə 512 iştirakçı əlavə etmək imkanı müəyyən edilib. Bu gün üçün istifadəçilər 256 nəfəri çata dəvət edə bilirlər.

Mütəxəssislər təklif ediblər ki, yeni variant Android əsasında cihazlardan istifadə edənlər üçün də əlçatan olsun. İstifadəçilərin bu fürsətdən tam olaraq nə vaxt yararlana biləcəyi açıqlanmır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.