“WhatsApp” messencerində bu gün baş verən nasazlıqların səbəbi bilinib.
Bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb.
Bildirilib ki, bu “Meta” şirkəti tərəfindən buraxılan texniki səhvdən baş verib: “Biz bilirik ki, insanlar bu gün “WhatsApp”da mesaj göndərməkdə çətinlik çəkiblər. Problemi aradan qaldırdıq və yaranan narahatlığa görə üzr istəyirik. Qısamüddətli problem bizim tərəfimizdən texniki nasazlığın nəticəsi idi”, – deyə şirkət bildirib.
“WhatsApp”da problemlər dünyanın əksər ölkələrində müşahidə olunub.
On minlərlə istifadəçi mesaj göndərərkən, serverə qoşulma problemlərindən şikayətlənib.