Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  fatiki hava barədə məlumat yayıb. Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında  şimal-qərb küləyi 17 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü  4 metrə enib. Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi,  7-12 m/s şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Noyabrın 4-də fasilələrlə yağış yağacaq. Cənub- şərq küləyi  5-10 m /s, günün ikinci yarısında arabir 12-15 m/s olacaq.