Xəzər dənizində ardıcıl 2 zəlzələ oldu –

4 bal gücündə 
09 Oktyabr 2019 - 10:27

Xəzər dənizində 2 zəlzələ olub.

AMEA yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ saat 07:06-da qeydə alınıb. Zəlzələnin maqnitudası 4.4, dərinliyi 20 km olub.

Saat 09:33-da 3.5 maqnitudada, 10 km dərinlikdə daha bir zəlzələ qeydə alınıb.