Xaçmazda hərbi komissarlıqda xüsusi əməliyyat keçirilib –Şöbə rəisi saxlanılıb

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.

Azpost.info bildirir ki, bu barədə bölgədə fəaliyyət göstərən jurnalist Cəmil Məmmədli məlumat verib.

Musavat.com-un məlumatıa görə isə əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidməti xəbəri təsdiqləyib. Əməliyyat barədə ətraflı məlumat verəcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.