Azərbaycan Milli Xalça Muzeyinin Mədəniyyət və təhsil şöbəsinin müdiri Aygün Abasova 57 yaşında vəfat edib.
AzPost bildirir ki, bu barədə Milli Xalça Muzeyinin açıqlamasında deyilir.
1969-cu ildə Bakı şəhərində doğulmuş A.Abasova 1986-cı ildən Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində çalışırdı. Onun muzeyin fəaliyyətində böyük xidmətləri olub, muzey sahəsində peşakar fəaliyyətinə görə 2017-ci ildə dövlətimiz tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Allah rəhmət etsin!