Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub

12 May 2021 - 18:21

Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub.

Bu barədə APA-ya müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

O, atasının bu gün İstanbulda əməliyyat olunduğunu deyib: “Beş saata yaxın davam edən əməliyyat uğurla yekunlaşıb. Hazırda atam narkozdan ayılıb və səhhəti yaxşıdır”.

Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkir.