Xameneyi ABŞ-ın hücumları nəticəsində vəfat edib –İran Dövlət Televiziyası rəsmi məlumat yaydı/VİDEO

İran İslam Respublikasının Ali Rəhbəri Əli Xameneyi ABŞ-ın hücumları nəticəsində vəfat edib.

Иu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

“Fars” xəbər agentliyinin məlumatına görə, İranın Ali Rəhbərinin ailəsinin dörd üzvü, o cümlədən qızı və nəvəsi ABŞ-ın hücumları zamanı həlak olub.

İran hakimiyyəti İslam Respublikasının həlak olan Ali Lideri Əli Xameneyinin ölümü ilə bağlı 40 günlük matəm elan edib.

Əli Xameneyi 1939-cu ildə anadan olub. 1950-ci illərin sonlarında Ruhullah Xomeyni ilə tanış olub və Şah əleyhinə müxalifətə qoşulub. Bir neçə dəfə həbs olunub və bir neçə ay həbsxanada yatıb.

O, 1979-cu il İslam İnqilabının əsas iştirakçılarından biri olub, “İslam Respublikası” qəzetini təsis edib və faktiki olaraq təbliğat və siyasi informasiyaya cavabdeh olub. O, SEPA-a rəhbərlik edib, Ali Müdafiə Şurasında xidmət edib və İran-İraq müharibəsinin ön cəbhələrini ziyarət edib.

1981-ci ildə prezident seçilib və bu vəzifəni tutan ilk ruhani olub. Səslərin 95%-ni qazandıqdan sonra müxalifətə qarşı repressiyalara başlayıb.

Ruhullah Xomeyninin ölümündən sonra Xomeyni İranın Ali Lideri vəzifəsini tutub və bu vəzifəyə uyğunluq tələblərini azaldan konstitusiya dəyişiklikləri tələb edib. Ayətullah Əli Xameneyi 86 yaşında idi.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.