Xankəndidə və Kəlbəcərdə silah-sursat, Xocalıda çətənə kolu aşkarlanıb

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqların icrasını peşəkarlıqla davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində iyunun 1-dən 7-dək polis əməkdaşları Xankəndi şəhəri ərazisində 15 avtomat silahı, 3 pulemyot, 2 tapança, 10 tüfəng, 16 qumbara, 3 qumbaraatan, 1 minaatan, 20 alışdırıcı, 2 trotil, 90 patron darağı, 2505 müxtəlif çaplı patron, 10 süngü-bıçaq, 1 gecəgörmə cihazı və digər sursatlar, Kəlbəcər rayonu ərazisində isə 1 qumbara, 2 alışdırıcı, 1 patron darağı, 1 süngü-bıçaq və 2 rabitə vasitəsi aşkar edərək götürüblər.

Polis əməkdaşları Xocalı şəhəri ərazisində yabanı halda bitmiş 237 kiloqram çəkidə 423 çətənə kolunu aşkarlayaraq məhv ediblər.

Əvvəlki məqalə

Leysan yağıb, şimşək çaxıb, dolu düşüb

Sonrakı məqalə

Avro-2024: