Xaricdə oxuyan tələbələrin yaşayış xərcləri təsdiqləndi –QİYMƏTLƏR

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası təsdiq edilib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən qəbul edilib.

Qərar ilə təsdiq edilmiş Qaydada Dövlət Proqramı çərçivəsində xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının təhsil, viza, qeydiyyat, aylıq yaşayış, tibbi sığorta, beynəlxalq nəqliyyat və digər xərclərinin qarşılanması nəzərdə tutulub.

Əvvəlki məqalə

Xaricdə təhsil üzrə sənədlərin qəbulu proseduru müəyyənləşib –

Sonrakı məqalə

Bakalavr və magistrlərin xaricdə oxuması üçün seçim meyarları müəyyənləşdi –