Xaricdə olarkən kartdan yalnız bu məbləğdə pul çıxara bilərsiniz –Yeni qayda qüvvəyə mindi

“Dünəndən qüvvəyə minmiş yeni qaydalara əsasən, Azərbaycanda ödəniş kartları vasitəsilə ölkə hüdudlarından kənarda ay ərzində 10 min dollar məbləğdə pulu nağdlaşdırılması mümkün olacaq”.
Azpost.info bildirir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib.
Onun sözlərinə görə, plastik kartlar ilə xaricə gedənlərin artıq yeni dəyişikliklərə diqqət etməsi lazımdır. Mərkəzi Bank “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik edib.
“Yəni, Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min doillardan artıq məbləği nağdılaşdırdıra bilməz. Bu ölkə hüdudlardan kənarda kartlardan vəsaitin nağdılaşdırması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. O baxımdan, xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə alması vacibdir”.
Digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq həddlər ilə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Eyni zamanda, bu xərc vətəndaşların təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı kimi də nəzərdə tutulub.
Azpost.info
Əvvəlki məqalə

II və III qruplar üzrə ixtisas seçimi edəcək abituriyentlərin nəzərinə

Sonrakı məqalə

Sovet İttifaqı Qəhrəmanı, kosmonavt Viktorenko vəfat edib