Rusiyanın həmvətənlərin köçürülməsinə dair dövlət proqramı Krımın ilhaqından sonra ən pis nəticələri göstərib.
Azpost.info xəbər verir ki, 2024-cü ilin birinci yarısında ondan cəmi 6,5 min nəfər istifadə edib.
Müqayisə üçün, rəqəmlər 2023-cü ildə 10 min, 2015-ci ildə isə 45,5 min nəfər olub.
Analitiklər dövlət proqramının populyarlığının kəskin aşağı düşməsini bir sıra amillərlə izah edirlər.
Köçürmə Təşkilatları Forumunun eksperti Qalina Raqozina bildirib ki, birincisi, Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı siyasi vəziyyət öz təsirini göstərir. Digər səbəb isə miqrantlara qarşı tədbirlərdir. Burada Raqozina ən böyük problemi rus dili, tarixi və qanunvericiliyindən imtahan vermək zərurəti adlandırıb.
Onun sözlərinə görə, dövlət proqramında iştirak etmək üçün müraciət edənlər çox vaxt müsahibə mərhələsində rus dilini bilməyənlərin bu proqrama daxil olması ilə bağlı çoxsaylı şikayətlərə görə xaric edilir. Bundan başqa, immiqrantlar üçün təhsil və yaş xüsusiyyətləri kimi lazımsız tələbləri az deyil.
Azpost.info