Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə
  • ÖZƏL

Xaricdən şəxsi istifadə üçün mal gətirənlər üçün yeni qayda gəlir

Orkhan Ali 13 İyun 2025 - 10:14 (Last updated: 13 İyun 2025 - 10:21)
Vergi

Vergi

Xarici ölkələrdən şəxsi istifadə məqsədilə mal gətirən şəxslər üçün yeni gömrük qaydaları hazırlanır. AzPost xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 13-də keçirilən iclasında səsləndirilib.

İclasda Gömrük Məcəlləsinə dəyişikliklər təklif olunub. Dəyişikliyə əsasən, şəxsi istifadə üçün nəzərdə tutulan, lakin kommersiya məqsədi daşımayan malların ölkəyə gətirilməsi zamanı yaranan gömrük ödənişlərinin yeni şəkildə tənzimlənməsi nəzərdə tutulur.

Layihəyə əsasən, əgər gömrük orqanı fiziki şəxsin gətirdiyi mal üçün ödəniş hesablayarsa, bu borc ya həmin şəxs tərəfindən birbaşa, ya da Gömrük Məcəlləsinin 258.1-ci maddəsində göstərilən təminat üsulları ilə ödənilə bilər. Bu təminat formalarına girov, bank qarantiyası, gömrük orqanının depozit hesabına köçürmə, sığorta müqaviləsi, üçüncü şəxsin zaminliyi və ya avans ödəmə daxildir.

Yeni dəyişikliklərin məqsədi fiziki şəxslərin gətirdiyi malların kommersiya məqsədilə istifadə edilməsinin qarşısını almaq, eyni zamanda gömrük orqanlarının hüquqi mexanizmlərini gücləndirməkdir.

Hazırda şəxsi istifadə üçün mal gətirənlərə illik limitlər tətbiq olunsa da, bəzi hallarda bu limitlərdən kommersiya məqsədilə istifadə edildiyi iddia olunur. Yeni qaydalar bu cür halların qarşısını almağa yönəlib.

Qeyd olunan dəyişiklik hələ layihə mərhələsindədir və Milli Məclisin plenar iclasında müzakirəyə çıxarıldıqdan sonra qüvvəyə minə bilər.

AzPost.az

Post navigation

Previous: İsrailin hücumu nəticəsində İranın altı nüvə alimi öldürülüb
Next: Gömrük borclarının ödənilməsinə dair yeni qayda gəlir

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.