Xaricdən aldığımız ananasın kiloqramı 51 qəpik bahalaşıb

Ananas
Ananas

2025-ci ildə Azərbaycana xaricdən ümumi dəyəri 4 milyon 26 min dollar olan 3 min 33 ton təzə və ya qurudulmuş ananas idxal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ananas idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 49 min dollar və ya 35,2%, miqdar ifadəsilə isə 141 ton, başqa sözlə 4,9% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 2 milyon 976 min dollar dəyərində 2 min 892 ton ananas gətirilmişdi.

Bu ilin nəticələrinə görə ölkəyə idxal olunan ananasın 1 kiloqramının orta idxal qiyməti 1,33 dollar (təxminən 2 manat 26 qəpik) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1,03 dollar (təxminən 1 manat 75 qəpik) idi. Bu da illik müqayisədə 0,30 dollar (51 qəpik) və ya 29,1% bahalaşma deməkdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.