“Xarici banklarda saxlanan pulların bir hissəsi ölkəyə gətirilsin” –Deputatdan təklif

“1999-cu ildə Neft Fondunun yaradılması, 2005-ci ildən başlayaraq Azərbaycana neftin satışından daxil olan gəlirlərin reallaşdırılması dövlətin borc siyasətində zəruri dəyişikliklər edilməsini zəruri etdi. Dünya təcrübəsi göstərir ki, iqtisadi inkişafın müəyyən mərhələsində, xüsusilə qloballaşma şəraitində beynəlxalq əlaqələrin genişləndirilməsi, əlverişli şərtlərlə yeni investisiya resurslarına, müasir texnologiyalara çıxışı təmin etmək məqsədilə borcun alınması və vaxtında ödənilməsi iqtisadi cəhətdən də, siyasi cəhətdən də vacib şərtlərdən sayılır. Azərbaycan dövlətinin apardığı borc siyasəti, dövlətin, Maliyyə Nazirliyinin, hökumətin borclanma ilə əlaqədar gördüyü tədbirlər dövlət başçısının daima nəzarətindədir”.

Azpost.info bildirir ki, bunu etikxeber.az-a açıqlamasında millət vəkili, akademik Ziyad Səmədzadə deyib. Komitə sədrinin sədrinin dediyinə görə, son 16 ildə Azərbaycan dünya ölkələri içərisində ən az borc alan ölkə kimi tanınıb.

O, qeyd edib ki, qarşıdakı illərdə manatın məzənnəsinin qəflətən aşağı düşməsinin nəticələrinin aradan qaldırılması, eyni zamanda, iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun sürətli inkişafı nəticəsində bu meyil daha da güclənəcək: “Bu gün Azərbaycan artıq borcalan ölkədən borcverən ölkəyə çevrilib. Müəyyən miqdarda daxili borclanmaya getməklə iqtisadiyyatımızı daxili imkanlar hesabına daha geniş səviyyədə inkişaf etdirə bilərik. Xarici banklarda saxlanılan vəsaitlərimizin optimal həddi barədə düşünmək onların bir hissəsinin ölkə daxilində istifadə edilməsi məqsədəuyğun olardı. 2020-ci il üçün Azərbaycan Respublikasının daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 1 milyard manat müəyyən edilmişdir. Bu kifayət qədər məqbul həddir və ölkənin iqtisadi təhlükəsizlik meyarlarına tam cavab verir”.

Deputatın sözlərinə görə,  “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində heç 100 milyon dollar valuta ehtiyatı olmayan respublikamızın bu gün 50 milyard dollar valyuta ehtiyatları var. Bu, ölkənin xarici borcunun həcmindən 5 dəfədən çoxdur: “Təhlillər onu göstərir ki, Azərbaycan dövləti xarici  alınmasında və qaytarılmasında qarşı tərəflə razılaşdırılmış şərtlərin yerinə yetirilməsini strateji vəzifə kimi qiymətləndirir. Məqsəd ondan ibarətdir ki, müvafiq strukturlar alınan borc vəsaitlərindən səmərəli istifadə etməli, borclanma siyasətində yalnız strateji, innovasiyalı rəqabətə davamlı iqtisadiyyatın qurmasına xidmət edən layihələrə üstünlük verməlidirlər- deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlikdən riskli vergi ödəyicilərinə xəbərdarlıq –

Sonrakı məqalə

Əbülfəz Elçibəyin qardaşı oğlu deputatlığa namizədliyini irəli sürdü –