Xarici dövlətlərin düşmənçilik fəaliyyətinə qarşı qanun qəbul olunacaq –Britaniya kraliçası bəyan etdi

Böyük Britaniya xarici dövlətlərin düşmənçilik fəaliyyəti ilə mübarizə məqsədi daşıyan qanunlar qəbul edəcək.

TASS xəbər verir ki, bu barədə Böyük Britaniya kraliçası II Yelizaveta ölkə parlamentinin yeni iclasının açılışında deyib.

“Xarici dövlətlərin düşmənçilik fəaliyyətlərinə qarşı mübarizə üçün qanunlar qəbul ediləcək. Nazirlərim təhlükəsizlik, müdafiə və xarici siyasətə dair tövsiyələri yerinə yetirəcəklər”, – deyə o qeyd edib.

Mart ayında təqdim edilən sorğuda Rusiya və Çin birləşmiş krallığın təhlükəsizliyi üçün əsas təhlükə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tom Kruz “Qızıl Qlobus” mükafatını geri qaytarıb

Sonrakı məqalə

Rusiya Rumıniya diplomatını “persona non-qrata” elan edib