Rusiya Rumıniya diplomatını “persona non-qrata” elan edib

Rusiya Rumıniya hərbi attaşesinin müavininin ölkədən çıxarılması barədə qərar qəbul edib.

Bu, Buxarestin bir Rusiya diplomatını persona non grata elan etməsinə cavab idi.

Mayın 11-də Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və orada ona kapitan G. İlieskunun arzuolunmaz şəxc olduğuna dair etiraz notası təqdim olunub.

Rusiya XİN-in bəyanatında deyilir ki, ölkədən çıxması üçün İlieskuya 72 saat vaxt verilib.

Bəyanatda qeyd olunur ki, Moskva bu addımı aprelin 26-da Rusiyanın Rumıniyadakı hərbi attaşesinin köməkçisinin ölkədən çıxarılmasına cavab olaraq atıb.

Rumıniya Rusiya diplomatını ölkədən çıxararkən onun diplomatik statusuna uyğun olmayan fəaliyyətlə məşğul olduğunu bildirmişdi.

Buxarest Rusiya diplomatının çıxarılmasına dair qərarın detallarını açıqlamamışdı.

Keçmiş Sovet blokunun, habelə şərqi və mərkəzi Avropanın bir çox ölkələri Avropa İttifaqı və NATO üzvləridirlər. Bu ölkələr Çexiya ilə həmrəylik nümayişi üçün Rusiya diplomatlarını persona non qrata elan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xarici dövlətlərin düşmənçilik fəaliyyətinə qarşı qanun qəbul olunacaq –

Sonrakı məqalə

“Lavrovun Bakıya gəlişi texniki səfər idi” –