“Xarici investorlar arasında Ukrayna “pul alıb atan” dövlət kimi tanınır” –Saakaşvili  

“Xarici investorlar arasında Ukrayna “pulu alıb dalına keçən dövlət” kimi tanınır”.

Azpost.info bildirir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Ukrayna24” telekanalına müsahibəsində deyib.

“Ukraynanın ÜDM-də xarici investisiyaların həcmi 2 faizdən azdır. Onun da cəmi 0,2 faizi tam olaraq xarici sərmayədir”-deyə siyasətçi vurğulayıb.

Saakaşvilinin sözlərinə görə, xarici sərmayə ölkədə iş yerlərinin yaradılması üçün gəlməlidir. “Amma yoxdur. Niyə yoxdur? Ona görə ki, “pul atanları” heç kim sevmir. Ukrayna, onun məmurları və dövləti barədə qəti olaraq belə rəy formalaşıb. Onlar hamıya “atırlar”-deyə o vurğulayıb.

Ötən il Saakaşvili bəyan etmişdi ki, Ukraynada dövlət yoxdur, məmurlar dövləti sıxışıdırıb çıxarıblar: “Ukraynada mövcud olmayan dövlət adından fəaliyyət göstərən məmurlar var. Dövlət hamı üçün ədaləti təmin edən, vətəndaşları müdafiə edən sistemdir. Ukrayanda hardadır belə sistem? Ukraynada bir dəstə məmur mövcuddur və bu məmur qruplarının da hər birinin öz rəisi var”.

Mixail Saakaşvili 2020-ci ilin may ayından Ukraynanın islahatlar Komitəsinin İcraiyyə Komitəsinin sədridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərini yatdığı yerdə dəmir linglə öldürən qadın:

Sonrakı məqalə

Ziyalılar həbsdə olan Niyaz Niftiyevlə bağlı Prezidentə müraciət etdilər