Xarici Kəşfiyyat Xidmətinin rəisinə general-polkovnik ali hərbi rütbəsi verilib

07 Dekabr 2020 - 19:50

Prezident İlham Əliyev Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamda deyilir: “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilsin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.