Xızıda tikinti zamanı qədim məzar daşları aşkarlanıb –FOTO

Xızı rayonu Altıağac qəsəbəsində ev tikintisi zamanı qədim məzar daşları aşkarlanıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, qəsəbənin yeni sakini bir zamanlar ərazidə yaşayan malakanlara aid köhnə evi sökərkən divarlarında tikinti materialları kimi istifadə olunan məzar daşları üzə çıxıb.

Regional idarənin Xızı bölgəsi üzrə baş mütəxəssisi Tural Babayev əraziyə baxış keçirib. Üzərindəki yazılara əsasən məzar daşlarının XIV –XVII əsrlərə aid olduğu ehtimalı edilir.

Aşkar olunan epiqrafik nümunələrin Xızı rayonunun mərkəzində yerləşən inzibati binaya daşınması təmin edilib.

Əvvəlki məqalə

“ABŞ-la danışıqlar üçün İstanbul əlverişli platformadır”

Sonrakı məqalə

Ermənistanın təhsil naziri istefa verib