Xocalıda yük avtomobili aşıb.
Çanaqçı kəndində yük avtomobili aşıb və xəsarət alanların olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub:
” Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki “Gədəbəy Sular” MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili idarə etməni itirərək yol kənarındakı dərəyə aşmış, nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb. Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirib”.
Faktla bağlı araşdırma aparılır.