“Yağın, taxıl məhsullarının qiyməti sürətlə yüksəlib” –Elman Rüstəmov infliyasiyadan danışdı

“Milli iqtisadiyyatda inflyasiyaya xarici təsirlər güclənib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
AMB sədri bildirib ki, qlobal ticarətdə qırılmalar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır: “Proqnozlara görə, qlobal əmək bazarı pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi isə 206 milyon nəfərə yüksəlməsi gözlənilir. Bitki yağının, taxıl məhsullarının qiyməti sürətlə yüksəlib. Buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib. İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib”.

Mərkəzi Bankın sədri bildirib ki, qlobal inflyasiyanın yayılma prosesi pandemiyanın göstəricisidir: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hazırlanmış anti-böhran proqramı 2020-ci ildə iqtisadi tənəzzülün qarşısını alıb və 2021-ci ildə iqtisadi artıma səbəb olub. Tikinti sahəsi istisna olmaqla, cari ildə bütün sahələrdə artım müşahidə edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qocaman aktyor, əməkdar artist Məcnun Hacıbəyov vəfat edib

Sonrakı məqalə

Mikayıl Cabbarov Azərbaycanın yeni dövrə qədəm qoyduğunu bəyan edib