Mikayıl Cabbarov Azərbaycanın yeni dövrə qədəm qoyduğunu bəyan edib

“Hazırda Azərbaycan 2022-2030-cu illləri əhatə edən yeni iqtisadi dövrə qədəm qoyur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qarşımızda bununla bağlı yeni çağırışlar durur: “Bununla bağlı 2022-2026-ci illər üzrə yeni inkişaf strategiyasının hazırlanması üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır. Bundan başqa, növbəti ilin büdcə layihəsi ölkədə sosial layihələrin həyata keçirilməsini özündə əhatə edir. Bütün bunlar dünya bazarında baş verən artımlar əhalinin mövcud durumuna təsirlərinin azaldılmasına yönəldilib”.

Mikayıl Cabbarov deyib ki, növbəti ilin dövlət büdcəsi qarşıya qoyulan strategiyanın ilk büdcəsi olacaq. Nazir bildirib ki, növbəti ildə 2021-ci ilə nisbətən ölkədə investisiya fəallığını artması gözlənilir: “Genişmiqyaslı sosial proqramların həyata keçirilməsi, əmək bazarında şəffaflaşmanın təmin edilməsi şəraitində orta ayıq əməkhaqqının 807 manata çatması gözlənilir. İqtisadi fəaliyyət tamamilə yeni keyfiyyət üzərində formalaşacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yağın, taxıl məhsullarının qiyməti sürətlə yüksəlib” –

Sonrakı məqalə

Əməkdar artist Məcnun Hacıbəyovun ölüm səbəbi məlum olub