Yağlı və şəkərli yeməklərdən uzaq durun! –ABŞ Nevrologiya Akademiyası

Həddindən artıq yağlı və şəkərli qidalardan istifadə beyinə zərər verir.

Bu, Amerika Nevrologiya Akademiyası tərəfindən aparılan araşdırma zamanı məlum olub.

Araşdırmada bir qrup iştirakçıya dörd gün səhər yeməyi üçün yağlı və şəkərli yemək təqdim olunub. Dördüncü günün sonunda iştirakçılar yoxlanıldıqdan sonra onların idrak funksiyalarında yavaşlama halı müşahidə edilib.

Oksford Universitetində aparılan başqa bir araşdırmada isə tərkibində çox miqdarda yağ və şəkər olan qidaları qəbul edən insanların beş gün ərzində diqqət və yaddaş problemi yaşadığı ortaya çıxıb.

Bütün bu araşdırmalar göstərir ki, qəbul edilən yağlı qidalar artıq çəkiyə səbəb olur, artıq çəki isə diabet və piylənmə yaradır. Sağlam həyat üçün sağlam qidalanma və müntəzəm idman lazımdır. İdeal çəkidə olan, qidalanma və idmanına diqqət yetirən insanların xroniki xəstəliklərə tutulma riski azdır.

Azpost.info

Əvvəlki məqalə

ABŞ -da məhkəmə 48 il həbsdə olan şəxsə bəraət verib

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri