Yalnız rəsmi siyahıda olan kitablar ƏDV-dən azad ediləcək? –"Mirzə Cəlil ƏDV-dən azaddır? Bunu necə bilək? (Şahbaz Xuduoğlu)

“Vergilər Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 2022-ci il yanvarın 1-dən kitablar ƏDV-dən azaddır. Amma, gərək ƏDV-dən azad olunmuş kitabların siyahısını Nazirlər Kabineti təsdiq etsin. Vergilər Xidmətinə və Nazirlər Kabinetinə müraciət etdik, proseduru bilən yoxdur. Bir yol qalır, köhnə qaydalarla kitabları nəşr etmək”.
Azpost.info bildirir ki, bu sözləri kitab naşiri, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib.
Onun sözlərinə görə, dəyişiklikdən sonra necə işləyəcəklərini bilmirlər: “O siyahı necə tərtib olunacaq? Kim tərtib edəcək? Bəs, görəsən, bunun mənası nədir, əcaba? Bəlkə, senzura yenidən qayıdır? Onda bəs necə olacaq?!”.
Ş.Xuduğlunun sözlərinə görə, ƏDV-nin ləğv olunmasına şaddırlar: “Bu gözəldir. Bəs siyahı nə deməkdir? Axı heç zaman belə təcrübə olmayıb”.
O qeyd edib ki, belə qeyri-müəyyənlik şəraitində təşkilatlar gözləyə bilməzlər:“Məndən soruşurlar: ƏDV hesablayaq ya yox? Məsələn, Çexov siyahıda var? Bəlkə, Mirzə Cəlili salmayıblar siyahıya, demək ona ƏDV tətbiq olacaq?”
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qocaman yazıçı Vidadi Babanlı “Şərəf” ordeni ilə təltif edildi –

Sonrakı məqalə

Paşinyan, Putin və Lukaşenko Qazaxıstanda vəziyyəti müzakirə edib –