“Yalnız Rusiyaya dost olan ölkələrə ərzaq verəcəyik” –MEDVEDYEV

Rusiya ərzaq və kənd təsərüfatı məhsullarını yalnız döst ölkələrə verəcək. 
Azpost.info bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bildirib.
Onun sözlərinə görə, məhsul göndərişi  rublla və dost ölkələrin milli valyutları ilə aparılacaq.
“Bizim ərzaqlar sakit amma qorxunc silahdır. Rusiyanın kənd təsərrüfatı məhsulları silah ixracını üstələyir”-deyə o bildirib.
Medvedeyev həmçinin düşmən ölkələrdən Rusiyaya gətirlən məhsullara qoyulan qadağa siyahısını genişləndirməyi təklif edib. “Onlardan heç nə almayacağıq”-deyə bildirib.
Əvvəlki məqalə

Ukrayna Rusiyadakı neft bazasını vurub

Sonrakı məqalə

Valyuta məzənnələri