Yanvar-aprel aylarında 16,6 min şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 16,6 min şəxsə əlillik təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 7,8 mininə ilkin, 8,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında aparılır. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Əvvəlki məqalə

Bakıda sürücü sükan arxasında ölüb

Sonrakı məqalə

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi bağlanıb