Yanvar-sentyabr aylarında bir istehlakçı orta hesabla ayda 582 manat xərcləyib

Cari ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 53,4 milyard manat olmaqla 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,4 faiz artaraq 51,3 milyard manata bərabər olub, onun 45,4 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 582,2 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 29,5 manat çox vəsait xərcləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.