Miqrantlar Moskvada daha bu sahələrdə işləyə bilməyəcək –- Qadağa qoyuldu /DETALLAR

Moskva vilayəti 2025-ci ildən ticarət, sosial xidmətlər, səhiyyə və təhsil sahələrində çalışan miqrantlara qadağa tətbiq edəcək.

Azpost.info xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidmətindən “İnterfaks”a bildiriblər.

“Yanvarın 1-dən alkoqol və tütün ticarəti, qeyri-stasionar pərakəndə satış obyektlərində küçə yeməkləri, sosial xidmətlər, o cümlədən idman, mədəniyyət, istirahət, səhiyyə və təhsil sahələrində patent əsasında xarici işçi qüvvəsinin cəlb edilməsinə qadağa qüvvəyə minəcək”, – qubernator Andrey Vorobyov deyib.

Moskva vilayəti hökuməti sədrinin müavini Nataliya Maslenkinanın sözlərinə görə, son üç ildə regionda əcnəbilərin ticarətdə işləməsi ilə bağlı şikayətlər artıb.

Maslenkinanın fikrincə, belə bir tədbir potensial münaqişələri minimuma endirməyə kömək edəcək: “Bu qadağaların tətbiqi ilə dəyişdiriləcək patent sahiblərinin sayı 5,6 min nəfər olacaq. İqtisadi baxımdan bu, həm soydaşlarımızın, həm də Aİİ vətəndaşlarının hesabına ödənilə bilər”.

Rusiya hakimiyyəti martın 22-də “Crocus City Hall”da 145 nəfərin ölümü və 550-dən çox insanın yaralanması ilə nəticələnən terror aktından sonra miqrantların işinə məhdudiyyətlərin tətbiqini sürətləndirib.

Azpost.info

Əvvəlki məqalə

“Qida çatışmazlığı uşaqların sağlamlığına mənfi təsir edəcək”

Sonrakı məqalə

Bu günədək 41 mindən çox tələbə təhsil krediti alıb