Yanvarın 13-dən Qazaxıstandan KTMT qoşunlarının çıxarılması başlanır –

Tokayev "missiya başa çatdı" bəyanatını verdi
11 Yanvar 2022 - 09:58

“Qazaxstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının missiyası başa çatıb”. 

Azpost.info bildirir ki, bu barədə prezident Kasım Jomart Tokayev bu gün parlamentdə çıxışı zamanı bəyan edib.

KTMT ordusunun ölkədən çıxarılması iki gündən sonra -yanvarın 13-dən başlanacaq. 10 gün ərzində yekunlaşacaq.

Tokayev qeyd edib ki, Qazaxstana qarşı terror müharibəsi aparılıb: “Qazaxıstan hüquqi əsaslandırılmış formada KTMT-yə müraciət edib. Bu qərarı qəbul olunmasa idi Almatı şəhəri üzərində nəzarəti tam itirə bilərdik. Almatı itirsəydik, paytaxtı, sonra bütün ölkəni itirəcəkdik”.

Prezidentin sözlərinə görə, bir sıra şəhərlərdə Milli Təhlükəsizlik Komitəsinin nümayəndələri xidmət yerini qoyub qaçıblar.