YAP-çı deputat Siyavuş Novruzova və Eldar İbrahimova etiraz etdi:“Bu fikirləri paylaşmıram"

Yeni Azərbaycan Partiyasından olan millət vəkili, partiyanın Nəsimi Rayon Təşkilatının sədri Məlahət İbrahımqızı son günlər partiyadan olan deputatların açıqlamaları ətrafında yaradılmış ajiotaja münasibət bildirib.

Azpost info-nun məlumatına görə, deputat M.İbrahimqızı Siyavuş Novruzov və Eldar İbrahimov tərəfindən siyasətçilərin, eyni zamanda vaxtilə cox  yüksək  dövlət vəzifəsi tutmuş  keçmiş məmurların ünvanına  səslənmiş kəskin ittihamları   onların subyektiv fikri olduğunu vurğulayıb: “Belə subyektiv tənqidlər insanların ürəyinə bir kölgə salır və qeyri-müəyyənlik yaranır. Düşünmürəm ki, bu gün bizim siyasətçilər arasında parlamentdə, dövlətin əlehinə hər hansı əks  mövqe olsun”.

Deputat bununla yanaşı bildirib ki, Azərbaycanda ötən dövrdə  yüksək vəzifədə olan müəyyən yolunu azmış insanlar olub: “Onların bu əməlləri qanunvericiliyin pozulması, konkret cinayət xarakterli əməllər olduğuna görə həmin məmurlar və ya millət vəkilləri qanunvericiliyin tələblərinə görə cəzalandırılmışlar. Belə təcrübə hətta ən inkişaf etmiş dövlətlərdə də mövcuddur. Bu mənada, səsləndirilən fikirlər subyektiv olduğundan mən bu fikirləri paylaşa bilmərəm. Kütləvi informasiya vasitələri tribunalarından belə fikirlərin səsləndirilməsi  məncə doğru deyil”.

Deputatın sözlərinə görə həmkarlarının dediklərində fakt və ünvan göstərilməzsə, belə fikirlər reallıq kimi qəbul olunmur: “Demokratik inkişaf yolunu seçmiş ölkələrdə siyasi transferlər çox normal hesab olunur və siyasətin bir elementidir. Belə transferlər cəmiyyətdə yüksək siyasi mədəniyyətlə qarşılanır. Azərbaycanda da eyni siyasi transferlərin baş verməsini normal qarşılanmalıdır. Bizim ölkəmiz də demokratiya ilə inkişaf edir. Siyasi transfer etmiş insanlara qara şüşədən baxmamalıyıq.  Hesab edirəm ki, siyasi transferləri siyasi düşmənçilik hesab etmək olmaz. Görünür, bu gün Azərbaycan cəmiyyətində, bəzi insanların düşüncəsində bu stereotiplər qalmaqdadır”.

Bu gün YAP-la konstruktiv dialoqda olan bir sıra həmrəy partiyaların olduğunu deyən M. İbrahimqızı bildirib ki, onlar Heydər Əliyev siyasətini, eləcə də partiya sədrinin fəaliyyətini alternativsiz hesab edirlər:  “Prezidentimiz 2003-cü ildə ilk dəfə Azərbaycanın dövlət başçısı seçiləndə, andiçmə mərasimi zamanı  səsləndirdiyi bir fikirlər hər kəsin yadındadır: “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!”. Bu mesaj ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalara, QHT-lərə, vətəndaş cəmiyyətlərinə və ictimaiyyətə göndərilən xoş niyyətli bir mesaj idi. Vətəndaş həmrəyliyinin yaranmasında zəruri olan bu fikir bu günə qədər  böyük rəğbətlə qarşılanır və dəyər verilir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Sabiq nazirlərə cinayət işi açılmalıdır!” –

Sonrakı məqalə

Minsk Qrupu Dağlıq Qarabağdakı “seçkilərin” nəticələrini rədd etdi –