YAP Milli Şuranın eitraz aksiyası ilə bağlı bəyanat verdi

Yeni Azərbaycan Partiyasının oktyabr ayının 19-da Milli Şuranın Bakı şəhərində keçirilmiş aksiyası ilə bağlı bəyanat verib.

Bəyanatda  müxalifətin Bakı şəhərində razılaşdırılmamış küçə yürüşləri keçirməyə cəhdi pislənib: “Yeni Azərbaycan Partiyası həm razılaşdırılmamış küçə yürüşlərinə cəhd göstərilməsini, həm də qanuni hakimiyyətin devrilməsinə dair çağırışları ölkənin konstitusion quruluşuna qəsd kimi qiymətləndirir və qətiyyətlə pisləyir”.

YAP bildirib ki, Azərbaycanın inkişafından, dünyadakı rolunun artmasından narahat olan dairələrin ölkəmizə qarşı müxtəlif təxribatlar təşkil etməklə inkişafımızın qarşısını almağa, sabitliyi, əminamanlığı və insanların rahatlığını pozmağa cəhdlər göstərməsi əvvəldən məlumdur: “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ölkədəki inkişafı, sabitliyi, əminamanlığı qətiyyətlə dəstəklədiyinə, Prezident İlham Əliyevin və onun yeritdiyi siyasətin ətrafında sıx birləşdiyinə dərindən inanır, bütün vətəndaşları xalqla iqtidarın birliyinin keşiyində sayıq durmağa səsləyir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah hava küləkli olacaq

Sonrakı məqalə

Şamaxıda motosiklet aşıb-