Yaponiya Baş naziri bu açıqlamaya görə köməkçisini işdən qovdu

Yaponiya Baş naziri Fumio Kişida cinsi azlıqların nümayəndələrinə qarşı qalmaqallı ifadələrindən sonra köməkçisi Masayosi Araini işdən çıxarıb.

Azpost.info xəbər verir ki, bundan sonra Arainin vəzifəsini Sadanori İto icra edəcək.

“Mən buna çox ciddi yanaşıram, ona görə də onu işdən çıxarmaq qərarı verdim”, -Kişida deyib.

Yaponiya Baş nazirinin köməkçisi fevralın 3-də jurnalistlərə hökumətin eynicinsli nikahların tanınması ilə bağlı ehtiyatlı mövqeyindən danışıb. Xüsusən də, LGBT təmsilçiləri ilə yanaşı yaşamaq istəmədiyini və onları görməyin belə, xoşagəlməz olduğunu bildirib. Onun fikrincə, eynicinsli nikahların tanınması cəmiyyətin nizamını dəyişə və çox sayda insanın ölkəni tərk etməsi ilə nəticələnə bilər.

Açıqlamasından az sonra Arai sözlərini geri götürərək üzr istəyib və qeyd edib ki, o, şəxsi mövqeyini ifadə edib.

Azpost.info

Əvvəlki məqalə

“Krımı atəşə tutsalar, bütün Ukrayna yanacaq”

Sonrakı məqalə

Ölkəmizdə dərman zavodlarının perspektivi nə vəd edir?