Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ olub

Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. 

TASS xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, zəlzələnin episentri Yaponiyanın 1 milyondan çox insanın yaşadığı Sendai şəhərindən 125 km şimal-şərqdə (Honsu adası, Miyagi prefekturası, Tokiodan 373 km şimal-şərqdə) olub. Yeraltı təkanın ocağının 60 km dərinlikdə yerləşdiyi bildirilib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da koronavirusdan ölənlərin sayı 40 mini ötüb

Sonrakı məqalə

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisindən bədbin açıqlama: