Yaponiyada raket sınaq zamanı partlayıb

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən hazırlanan bərk yanacaqla işləyən Epsilon-S raketinin sınağı zamanı partlayış baş verib.

Bu barədə NHK telekanalı məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Partlayış Yaponiyanın Akita prefekturasındakı poliqonda mühərrikin sınaqlarına başlandıqdan təxminən bir dəqiqə sonra baş verib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Qeyd edək ki, 2013-cü ildən bəri JAXA-da beş uğurlu Epsilon buraxılışı və bir uğursuzluq olub. Epsilon seriyalı bərk yanacaqlı üç pilləli raket JAXA tərəfindən IHI təyyarə korporasiyası ilə birlikdə hazırlanıb. Epsilon S-in uzunluğu 26 m, diametri – 2,5 m, yükgötürmə qabiliyyəti – 590 ilə 700 kq arasında idi.

Azpost.info

Əvvəlki məqalə

6 ayda kafe-restoranların 1 milyard manata yaxın dövriyyəsi olub

Sonrakı məqalə

Vətəndaşlar ayda 535 manat xərcləyiblər